Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır

Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır

"Azərbaycanda ixtisas seçimi zamanı abituriyentlərin gələcək peşə maraqları və əmək bazarının tələbləri hər zaman nəzərə alınmır".

Aktual.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində keçirilən "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panelsessiyada çıxışı zamanı deyib.

O bildirib ki, şagirdlərdən gələcəkdə kim olmaq istədikləri soruşulduqda, bəzən konkret peşə adı əvəzinə hansı ixtisas qrupu üzrə imtahan verəcəklərini söyləyirlər. Nazir qeyd edib ki, bu yanaşma uzunmüddətli perspektivdə əmək bazarında ciddi problemlərə səbəb ola bilər.

Emin Əmrullayev vurğulayıb ki, peşə seçimi zamanı əmək bazarına dair məlumatlardan daha geniş istifadə olunmalıdır.
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR