Yataqxanada yanğın: 30 nəfər təxliyə edildi

Yataqxanada yanğın: 30 nəfər təxliyə edildi

Bu gün Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasında yanğın hadisəsi baş verib.
Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin eyvanında 1 ədəd şkaf, 2-ci mərtəbədə ümumi sahəsi 40 kv.m olan 2 otaqlı mənzilin eyvanında 2 ədəd şkaf yanıb. Yüksək temperaturdan mənzildə olan digər ev əşyaları əriyərək yararsız vəziyyətə düşüb. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər 462 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR