Yaşayış evində yanğın - Yaşlı qadın öldü

Yaşayış evində yanğın   - Yaşlı qadın öldü

Salyanda yaşayış evində yanğın baş verib. Hadisə zamanı 77 yaşlı qadın ölüb.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, yanğın şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 

Şəhər sakini, 1962-ci il təvəllüdlü Rəsul Əbülfəz oğlu Nəcəfova məxsus üç otaqlı fərdi yaşayış evi qəfildən yanmağa başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı nazirliyin əməkdaşları tərəfindən alınıb. 

Yanğın söndürüldüyü zaman ev sahibinin anası 1938-ci il təvəllüdlü Şəfiqə Məmməd qızı Nəcəfovanın tüstüdən zəhərləndiyi məlum olub. 77 yaşlı qadını təcili tibbi yardım maşını ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsələr də o, yolda dünyasını dəyişib.

Hələlik yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. 

Faktla bağlı araşdırmalar aparılır.

Aktual.az

Xəbər 568 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR