Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Bu barədə Aktual.az-a YAP-ın mətbuat xidmətindən bildirilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb.
YAP-ın VIII qurultayına hazırlıq çərçivəsində 2026-cı il sentyabrın 7-dən 19-dək partiyanın 84 yerli təşkilatı tərəfindən ümumilikdə 16239 nəfərin iştirakı ilə keçirilən hesabat konfranslarında VII Qurultaydan sonra qarşıya qoyulan vəzifələrin icrası istiqamətində görülmüş işlərə dair məruzələr dinlənilib və əldə olunmuş nəticələr təhlil edilərək geniş müzakirələr aparılıb.
Bütün konfranslarda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasət birmənalı olaraq yekdilliklə dəstəklənib, Onun Azərbaycanın qazandığı nailiyyətlərdə, müstəqilliyinin qorunmasında, ərazi bütövlüyünün və mütləq suverenliyininin təmin edilməsində titanik fəaliyyəti xüsusilə vurğulanıb və Azərbaycanın nəinki Cənubi Qafqazda, daha geniş coğrafiyada söz sahibinə çevrildiyi qürurla qeyd edilib.
Hesabat konfranslarının yekunlarına əsasən rayon və şəhər təşkilatları tərəfindən VIII Qurultaya 960 nəfər nümayəndə seçilmişdir. Qurultay oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçiriləcək.
Xəbər 65 dəfə oxunub.