Fransa Prezidenti Emmanuel Makrona etimad səviyyəsi 13 faizə enib. Bu, "Elabe”nin sorğuları tarixində qeydə alınan ən aşağı göstəricidir.
Aktual.az xəbər verir ki, sorğunun nəticələrini "Les Echos” qəzeti yayıb.
Makrona etimad son bir ayda 4 faiz bəndi, avqustdan bəri isə 11 faiz bəndi azalıb.
Əvvəlki ən aşağı göstərici 2016-cı ilin noyabrında qeydə alınıb. Həmin vaxt Fransanın o zamankı prezidenti Fransua Ollanda etimad səviyyəsi 14 faiz olub.
Xəbər 58 dəfə oxunub.