Trampdan Oval kabinetlə bağlı qərar: Məhdudiyyətlər qoydu

Trampdan Oval kabinetlə bağlı qərar: Məhdudiyyətlər qoydu
  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetinin tarixi abidə elan edən sərəncam imzalayıb və Vaşinqtonun gələcək administrasiyaları tərəfindən orada ediləcək istənilən ciddi dəyişikliklər yalnız Konqresin icazəsi ilə mümkün olacaq.

Bu barədə Aktual.az Oxu.az-a istinadən məlumat verir.

"Bu, Oval kabinetə və kabinet iclaslarının (prezident iclasları) keçirilməsi üçün zala (Ağ Evdəki) aiddir. Bunlar çox vacib otaqlardır. Və sənəd imzalayacağam ki, buna əsasən onlar əsrlər boyu tarixi abidələr hesab ediləcəklər. Sənədlər üzərində iş başa çatdıqda və hüquqi cəhətdən qanuni qüvvəyə mindikdə heç kim və heç vaxt bu inanılmaz otaqları məhv edə bilməyəcək", - deyə ABŞ lideri jurnalistlərə bildirib.

Tramp izah edib ki, təsdiqlədiyi tədbirlər hələ Konqresin təsdiqini almalıdır. Onun sözlərinə görə, bu baş verdikdə otaqlar heç bir şəkildə əhəmiyyətli dərəcədə dəyişdirilə bilməyəcək. "Konqresin təsdiqi olmadan heç bir əhəmiyyətli dəyişiklik olmayacaq. Biz onu indi olduğu kimi saxlayacağıq", - deyə o əlavə edib.

Qeyd edək ki, Trampın dövründə Oval kabinetin interyeri, o cümlədən qızılı bəzəklər də daxil olmaqla, əhəmiyyətli dərəcədə yenilənib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR