Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək

Azərbaycan Xəzərin Su Bioresursları Komissiyasına sədrlik edəcək

Xəzərin Su Bioresursları Komissiyasına sədrlik Azərbaycana keçəcək.

Aktual.az xəbər verir ki, bunu Türkmənistanın Xəzər dənizi İnstitutunun müdiri Murad Atacanov I Akvakultura Forumu çərçivəsində panel müzakirələrində deyib.

O xatırladıb ki, Türkmənistan 2025–2026-cı illərdə komissiyaya sədrlik edir: "Növbəti, X iclası dekabrda keçirməyi planlaşdırırıq. Gələn il yanvarın 1-dən sədrlik Azərbaycana keçəcək. Bu, Azərbaycandan olan həmkarlarımız üçün 2027–2028-ci illərdə sədrlik dövründə akvakulturanın regional gündəminin daha da irəliləməsi üçün yaxşı imkanlar açacaq".

Xatırladaq ki, bu komissiya 1992-ci ildə 4 Xəzəryanı ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən təsis edilib. 2002-ci ildə İran bu komissiyaya qoşulub.
Xəbər 13 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR