Yanan binadan 20 nəfər təxliyə olunub – Nazirlikdən açıqlama

Yanan binadan 20 nəfər təxliyə olunub   – Nazirlikdən açıqlama

Nizami rayonunda yerləşən “Laçın” Ticarət Mərkəzinin arxasındakı binada baş verən yanğın söndürülüb.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.

Bildirib ki, yanğının miqyası elə də geniş olmayıb: “Yanğın zamanı mənzillərdə olan sakinlərdən 20 nəfər təxliyə olunub. Hadisə zamanı xəsarət alan da olmayıb.”

Oqtay Bayramov qeyd edib ki, hazırda yanğının hansı səbəbdən baş verməsi araşdırılır: “Araşdırma bitdikdən sonra bu barədə məlumat veriləcək”.

Qeyd edək ki, Nizami rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 15 kv.m olan mənzilin yanar konstruksiyaları və 3-cü mərtəbədə yaşayan digər vətəndaşa məxsus mənzilin eyvanında quraşdırılmış kondisionerin mühərrik hissəsi yanıb. Mənzildən 2 ədəd 5 və 40 litirlik maye qaz balonları, digər mənzillər yanğından mühafizə olunub.

Xəbər 494 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR