Xəzərdə narkotik maddələr tapıldı

Xəzərdə narkotik maddələr tapıldı

Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aktual.az Xidmətin saytına istinadən məlumat verir ki, iyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kokosa oxşar narkotik maddələr aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR