Xaçmazda istirahət mərkəzində yanğın olub

Xaçmazda istirahət mərkəzində yanğın olub

Gecə saatlarında Xaçmaz rayonu ərazisində yanğın baş verib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun İstisu qəsəbəsi ərazisində, 1961-ci il təvəllüdlü Fizru Teyyub Nəsib oğlunaməxsus istirahət mərkəzinin ərazisində qeydə alınıb.
Yanğın zamanı orada yerləşən ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 6 otaqlı tikilinin dam örtüyünün yanar konstruksiyaları 10 kvadratmetr sahədə və içərisində olan əşyalar 50 kvadratmetr sahədə yanıb. Yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb, xəsarət alan yoxdur.
Yanğının səbəbləri araşdırılır.


Xəbər 380 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR