Xaçmazda canavarlar 30 qoyunu parçalayıb

Xaçmazda canavarlar 30 qoyunu parçalayıb

Xaçmaz rayonunda canavarlar təsərrüfata hücum edib.

ONA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bəbəli kəndində qeydə alınıb.
Yırtıcılar kənd sakini Rəhman Məmmədova məxsus 30 baş qoyunu parçalayıb. Onlardan 15-i tələf olub, 15-i isə müxtəlif dərəcəli xəsarətlər alıb.


Hadisə yerinə Baytarlıq Nəzarəti Xidmətinin  Xaçmaz rayon Baytarlıq İdarəsinin əməkdaşları cəlb olunub.



Xəbər 371 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR