“WhatsApp”la bağlı daha bir YENİLİK

“WhatsApp”la bağlı daha bir YENİLİK

"Daniel Gross” adlı proqram tərtibatçısı "Python” proqamından istifadə edərək "ChatGPT”ni "WhatsApp”a inteqrasiya edib.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, "WhatsApp” istifadəçisi heç bir tədbir görmədən avtomatik olaraq qarşı tərəfə mesaj göndərə biləcək. Ancaq qeyd etmək lazımdır ki, bu, nə "OpenAI” tərəfində, nə də "WhatsApp” tərəfində rəsmiləşən bir vəziyyətdir.
Bu, yalnız Daniel Qross tərəfindən hazırlanıb. "WhatsApp”da "ChatGPT” chatbotunu aktivləşdirmək üçün əvvəlcə dil kitabxanasından faylları yükləmək lazımdır. Bundan sonra "WhatsApp-gpt-main” faylını açmaq və "server.py” sənədini işə salmaq lazımdır. Beləliklə,” ChatGPT” "WhatsApp”a inteqrasiya olunacaq. "ChatGPT” işləyərkən siz ondan sonra "İs" yazmalı və "OK” düyməsini sıxmalısınız.
Beləliklə, "WhatsApp” hesabının telefon nömrəsi "OpenAI”-nin saytına daxil olacaq və telefon nömrəsi orada qeydiyyatdan keçəcək. Nəhayət, "WhatsApp” istifadəçisi "OpenAI” saytından "İnsan olduğumu təsdiqlə” seçimi ilə prosesi tamamlaya bilər.


Xəbər 8090 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR