Vacib danışıqlar başlayır: Pentaqon rəhbərinin köməkçisinin müavini Bakıdadır

Vacib danışıqlar başlayır:   Pentaqon rəhbərinin köməkçisinin müavini Bakıdadır

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna, Avrasiya üzrə köməkçisinin müavini xanım Evelin Farkasın (Evelyn N. Farkas) Azərbaycana səfəri başlayıb.

Aktual.az-ın verdiyi məlumata görə, səfərin məqsədi iki ölkə arasında əməkdaşlığı müzakirə etməkdir.

Qısamüddətli səfər zamanı onun Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

Azərbaycan dövlət rəsmiləri ilə görüşdə ikitərəfli əlaqələr, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlıq və müdafiə məsələləri müzakirə olunacaq.

Xəbər 626 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR