Uşağı "Kamaz"la vurub qaçdı

Uşağı

Cəlilabadda azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Privolnı kəndində qeydə alınıb.

"KamAZ" markalı yük maşını hərəkətdə olarkən 2007-ci il təvəllüdlü Aqşin Faiq oğlu Məmmədovu vurub. Qapalı kəllə-beyin travması alan uşaq dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "KamAZ" sürücüsünün hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.\report

Xəbər 439 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR