Ukraynadakı döyüş meydanına çatdıqdan sonra rus əsgərinin orta ömrü cəmi 20-30 dəqiqədir.
Aktual.az xəbər verir ki, bu sözləri Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff deyib.
O, bunu Ukraynanın süni intellektlə təchiz olunmuş hücum dronlarından istifadə etməsi ilə əlaqələndirib.
"Kəşfiyyat məlumatlarımız Ukrayna ilə bağlı bəzi açıq mənbəli hesabatlarla uzlaşır: döyüş meydanına çatdıqdan sonra rus əsgərinin orta ömrünün 20-30 dəqiqə olduğu təxmin edilir”, - deyə Retkliff Pensilvaniyada keçirilən Müdafiə və İnnovasiya Sammitində çıxış edərkən bildirib.
Xəbər 57 dəfə oxunub.