DÇ-2026: Final oyununa bilet neçəyədir? - Rekord

DÇ-2026: Final oyununa bilet neçəyədir? - Rekord

Xəbər verdiyimiz kimi, 19 iyulda DÇ-nin finalında Argentina və İspaniya qarşılaşacaq.
Aktual.az xəbər verir ki, ABŞ-ın Nyu Cersi ştatındakı "Metlayf” stadionunda keçiriləcək finala biletlərin qiyməti rekorda qalxıb.
Rəsmi satış turları zamanı müxtəlif kateqoriyalar üzrə ilkin bilet qiymətləri təxminən belə olub:
- 4-cü kateqoriya: təxminən 2030 dollar
- 3-cü kateqoriya: təxminən 2790 dollar
- 2-ci kateqoriya: təxminən 4210 dollar
- 1-ci kateqoriya: təxminən 6730 dollar.
Lakin tələbatın artması səbəbindən qiymətlər, xüsusən də təkrar satış bazarında kəskin şəkildə artıb. Hazırda ən ucuz bilet 7000-8000 dollara çatıb.
Mənbələrə görə, rəsmi platformalarda bəzi premium biletlər 32.970 dollara qalxıb.
Xəbər 47 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR