Slovakiya Prezidenti Peter Pelleqrini Bakıdakı sevimli piyada marşrutlarından birinin adını çəkib.
Aktual.az Report-a istinadla xəbər verir ki, o, "AnewZ" telekanalına müsahibəsində bildirib ki, Bakıda tarix və müasirlik arasındakı sinerji onun xoşuna gəlir:
"Hər dəfə mən Bakıya gələndə yeni bir şey görürəm. Lakin yeni binalara baxmayaraq, siz hələ də köhnə şəhəri yaxşı vəziyyətdə qoruyub saxlayırsınız. Sahildən qədim tarixi qülləyə (Qız qalası, - red.) doğru gedəndə siz Bakının kiçik tarixi küçələrinə çıxırsınız. Bu, mənim çox xoşuma gəlir və mən bu sinerjini bəyənirəm ki, həm tarix yaxşı qorunub saxlanılıb, həm də 21-ci əsr küçələrdə hiss olunur".
P.Pelleqrini Bakıda keçirilən "Formula-1" barədə fikirlərini bölüşərək, şəhərin köhnə küçələrinin bura kontrast və möhtəşəmlik qatdığını qeyd edib:
"Formula-1"i televiziyadan izləyəndə çox gözəl mənzərələr görürsünüz. Odur ki, qədimlik və müasirlik arasındakı bu vəhdət mənim çox xoşuma gəlir və Bakıda ildən-ilə müşahidə olunan inkişafı görürəm".
Xəbər 58 dəfə oxunub.