Gürcüstanın Azərbaycan, Ermənistan və Türkiyə ilə xüsusi münasibətləri var və bu əlaqələr getdikcə dərinləşir.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze "İmedi” telekanalında yayımlanan "Imedi Live” proqramında deyib.
Onun sözlərinə görə, Gürcüstan hökuməti son dövrlərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı istiqamətində də fəal fəaliyyət göstərir.
"Biz Mərkəzi Asiyanın beş ölkəsi ilə münasibətləri maksimum dərəcədə dərinləşdiririk. Potensial çox böyükdür və əsas məsələ ondan ibarətdir ki, biz bu potensialdan tam istifadə etmək üçün fəal işləyirik. Bütün bunlar nəqliyyat əlaqələrinin gücləndirilməsi və tranzit funksiyasının inkişafı baxımından mühüm rol oynayır”, – deyə Kobaxidze bildirib.
Xəbər 56 dəfə oxunub.