ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonun Ankaraya F-35 qırıcı təyyarələrinin mümkün transferi ilə bağlı tənqidindən qəzəblənib.
Aktual.az xəbər verir ki, bu barədə "Axios” Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Belə ki, Tramp iyulun əvvəlində "Foks Nyus”a verdiyi müsahibədə Ankaraya beşinci nəsil təyyarələrin satışını mümkün sayıb. Netanyahu isə Türkiyənin F-35-ləri alması ilə Yaxın Şərqdə güc balansını pozacağını bildirib.
Ağ Ev rəsmisi nəşrə deyib ki, Tramp Netanyahunun müsahibəsindən qəzəblənib. Tramp Netanyahunun bu məsələ ilə bağlı danışmaq haqqının olmadığını vurğulayıb.
Xəbər 55 dəfə oxunub.