Ucarda kişi arvadını qətlə yetirdi

Ucarda kişi arvadını qətlə yetirdi

 Ucar rayonunda qətl hadisəsi baş verib.


"Report”un Şirvan bürosunun xəbərinə görə, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyələrindən zərbələr endirib. 

Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, qaynanası Z.Tağıyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib. 

Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər 404 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR