Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

 Ucarda qətl törədən şəxs tutulub.


DİN Mətbuat Xidmətindən Aktual.az-a daxil olan məlumatda bildirilib ki, Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

 
Aktual.az
Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR