Türkmənistanda elmə məlum olmayan canlı aşkarlandı

Türkmənistanda elmə məlum olmayan canlı aşkarlandı

 İspan və bolqar alimləri Türkmənistanda elmə məlum olmayan canlı aşkarlayıblar.

Bu barədə "Report" "Planet Today"ə istinadən xəbər verir.
Məlumata görə, naməlum buğumayaqlı ölkənin şərqindəki mağaralardan birində aşkarlanıb. Alimlər ona "Turkmenocampa mirabilis" adını veriblər. Bu, tərcümədə "inanılmaz" və ya "qeyri-adi" tərcüməsini verir.
Alimlərin sözlərinə görə, buğumayaqlı Türkmənistanın yaşama üçün çətin şəraiti olan mağaralarına uyğunlaşmaq üçün uzun təkamül yolu keçib. Bu canlının Orta Asiyanın digər ərazilərində də olması güman edilir.
Alimlər canlının əlverişsiz şəraitə necə uyğunlaşmasını aydınlaşdırmağa çalışırlar. 
Xatırladaq ki, avqustda Qax rayonunda da qeyri-adi görünüşə malik canlı tapılıb.
 
Aktual.az
Xəbər 1098 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR