Türkiyədə batan gəmidə 1 azərbaycanlı həlak olub - YENİLƏNİB - FOTO

Türkiyədə batan gəmidə 1 azərbaycanlı həlak olub - YENİLƏNİB - FOTO

Azərbaycanın Türkiyədəki səfirliyi Samsun vilayəti sahillərində batan yük gəmisində iki nəfər azərbaycanlının olması məlumatını təsdiqləyib.

Aktual.az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, qəza nəticəsində bir azərbaycanlı həlak olub, digər həmyerlimizin axtarışı üzrə xilasetmə işləri davam etdirilir.
Qeyd edək ki, Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır. Gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən, 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb. Batan gəmidə 20 nəfərin olduğu deyilir.
 
***
Türkiyənin Samsun vilayəti sahillərində batmış yük gəmisinin heyət üzvlərindən 2 nəfəri Azərbaycan vətəndaşıdır.

Trend bu barədə Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Qeyd olunur ki, gəmidə həmçinin 9 Ukrayna, 2 Rusiya vətəndaşı olub.
Son məlumatlara əsasən 6 nəfər xilas edilib, bir nəfərin isə meyiti çıxarılıb.
Batan gəmidə 20 nəfərin olduğu deyilir.
Türkiyədə batan gəmidə 1 azərbaycanlı həlak olub - YENİLƏNİB - FOTO
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR