Türkiyədə azərbaycanlı gənc qız özünü 42-ci mərtəbədən atıb

Türkiyədə azərbaycanlı gənc qız özünü 42-ci mərtəbədən atıb

Türkiyənin Konya şəhərində azərbaycanlı gənc qız intihar edib.


ONA yerli KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı Aysun Y. adlı qız ötən gün Konyanın ən yüksək binasına çıxıb. Gənc qız özünü 42-ci mərtəbədən atıb.

Aldığı xəsarətdən hadisə yerində ölən qızın meyiti morqa aparılıb.
Bildirilir ki, binanın sonuncu mərtəbəsindəki restorana gedən Aysunun özünü atmaq istədiyini görən ofisiantlar ona mane olmağa çalışıblar. Ancaq gənc qız onları bıçaqla hədələyərək, özün atıb.

Məlumata görə, 6 ay əvvəl daha bir azərbaycanlı həmin binadan özünü atıb. Ötən ilin oktyabrında azərbaycanlı, 23 yaşlı Tehran Alimov 42-ci mərtəbədən özünü atıb, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Hadisədən 37 gün sonra xəstəxanada ölüb.

Xəbər 411 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR