Türkiyədə Azərbaycan vətəndaşı qətlə yetirildi

Türkiyədə Azərbaycan vətəndaşı qətlə yetirildi

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

"Report” "Haberler”ə istinadən xəbər verir ki, 24 yaşlı Qənirə CabbarovaTeffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib. Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib. 
Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.  
 
Aktual.az
Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR