Toydan qayıdan maşınlar toqquşdu - 3 ölü, 5 yaralı

Toydan qayıdan maşınlar toqquşdu   - 3 ölü, 5 yaralı

Göyçayda 3 nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, hadisə 21 də Bakı-Şamaxı yolunun 190-cı kilometrliyində, Göyçay rayonun Qaraəryəm kəndi ərazisində baş verib. 

“Mercedes” (10 UG 540) və VAZ 21015 (90 XL 615) markalı avtomobillər toqquşub. Hadisə zamanı 3 nəfər dünyasını dəyişib 5 nəfər ağır xəsarət alıb.

Məlumata görə, toy karvanında olan “Mercedes” əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn “VAZ 21015”-lə toqquşub.

Yaralılar Göyçay Mərəzi Xəstəxanasına yerləşdirilib.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Aktual.az

Xəbər 544 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR