Tovuzda çoban naməlum şəxs tərəfindən döyüldü

Tovuzda çoban naməlum şəxs tərəfindən döyüldü

 Tovuz rayonunda çobanlıq edən şəxs döyülərək xəstəxanalıq olub.


"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Göyəbaxan kəndində baş verib. 

Belə ki, həmin kənd ərazisində çobanlıqla məşğul olan, 1962-ci il təvəllüdlü Şahvələd Hüseyn oğlu Hüseynov hələ ki, bilinməyən səbəbdən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti orta ağırdır.

Onun kim tərəfindən və hansı səbəbdən döyülməsi ilə bağlı araşdırma aparılır.

 
Aktual.az
Xəbər 492 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR