Tovuzda avtomobil aşıb, sürücü ölüb

Tovuzda avtomobil aşıb, sürücü ölüb

Tovuzda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, gecə saatlarında rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Abbasov Elnur İlqar oğlu həmin kəndin ərazisində avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman avtomobil yolun kənarına aşıb. Ağır kəllə-beyin travması alan sürücü xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 437 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR