Tərtərdə ağır yol qəzası - 4 tələbə öldü, 2 yaralı

Tərtərdə ağır yol qəzası   - 4 tələbə öldü, 2 yaralı

Tərtərdə 4 nəfərin ölümünə, 2 nəfərin ağır yaralanmasına səbəb olan ağır yol-qəza hadisəsi baş verib. 

Aktual.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər rayon Bəyimsarov kəndində qeydə alınıb. 

Tərtər rayon Sarov kənd sakini Paşazadə İnam Elman oğlunun 10 LB 991 dövlət nömrə nişanlı VAZ-21099 markalı maşınla Goranboy istiqamətdə hərəkət edən vaxt, Bərdə rayon sakini 1987-ci il təvəllüdlü Camalov Elməddin Bayram oğlunun idarə etdiyi 10 JO 600 dövlət nömrə nişanlı, VAZ-21214 markalı maşınla toqquşub.

Nəticədə VAZ-21099 markalı maşında olan sürücü, 1997-ci il təvəllüdlü İnam Paşazadə, sərnişinlər 1996-cı il təvəllüdlü Kərimli Yavər Rəhman oğlu, 1992-ci il təvəllüdlü Əlizadə Anar Sübhi oğlu və Goranboy rayon Xanqərvəd kənd sakini 1997-ci il təvəllüdlü Baxşəliyev Babək Ədalət oğlu Goranboy və Tərtər Mərkəzi Rayon Xəstəxanalarına aparılarkən yolda keçiniblər.

VAZ-21214 markalı maşının sürücüsü Camalov Elməddin və onun maşında olan sərnişin 1963-cü il təvəllüdlü Qocamanov Yavər Qocaman oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Kənd sakinlərinin verdiyi xəbərə görə ölənlər bayram tətilinə gələn ali məktəb tələbələridir. 

Aktual.az

Xəbər 1570 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR