Ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb

Ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb

Daxili işlər orqanları tərəfindən ötən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb.

Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər tutulub.

Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR