Telman İsmayılovun bacısı oğlu həbs edildi

Telman İsmayılovun bacısı oğlu həbs edildi

Moskvanın Basmannı rayon məhkəməsi Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanovu müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilərək iki ay müddətinə həbs edib.

"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, qərarı hakim Yelena Lenskaya elan edib.
"Məhkəmə qərara alıb: istintaqın vəsatəti təmin edir ki, Mərdanov barəsində noyabrın 17-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçilsin", - deyə qərarda bildirilir.
O, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan güc tətbiqi və ya belə bir zorakılıq təhdidi ilə (RF CM-nin 126-cı maddənin 2-ci hissəsi) törədilmiş oğurluq hadisəsi üzrə ittiham olunur.
Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayətdə iştirakı şahidlərin ifadələri və ekspertiza rəyləri əsasında toplanmış sübutlarla əsaslandırılıb.
Azərbaycan əsilli Rusiya vətəndaşı günahını etiraf etməyib: "Mən cinayət törətməmişəm, etiraz edirəm. 14 il keçib, indi ayılıb. Nə oldu birdən-birə?", - deyə o bildirib.

Aktual.az
Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR