Təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var

Təcili yardım avtomobili qəzaya düşüb, ağır yaralılar var

Bakıda təcili tibbi yardım avtomobilinin qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

ONA-nın məlumatına görə, qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

***

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində avtomobildə olan şəxslər ağır bədən xəsarətləri alıblar.
Səhiyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri kişi, ikisi qadındır. Xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib. 
Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR