Tanınmış şirkətdən külli miqdarda pul oğurlandı

Tanınmış şirkətdən külli miqdarda pul oğurlandı

Polis əməliyyat keçirib.

Bakıda şirkətin kassası qarət edilib.
Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.

Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR