Tanınmış ictimai xadim Tofiq Quliyev vəfat etdi!

Tanınmış ictimai xadim Tofiq Quliyev vəfat etdi!

Fəhləliklə başlayan, elmlə davam edən, hüzünlə bitən 73 illik ömür …

Bu dünyada elə insanlar var ki, onlar qeyri-adi bacarıqları, nadir istadadları ilə nəinki bir elin, bir obanın, eləcə də minlərcə insanın sevimlisinə çevrilə bilir, öz əməlləri ilə onların qəlblərini fəth edə bilirlər. Və heç şübhəsiz ki, belə insanları tanrının ən xoşbəxt bəndələri hesab etmək olar.

Tofiq Quliyev də məhz yaşadığı 73 il ərzində geridə qoyduğu böyük həyat yolu ilə örnək olacaq el ağsaqqalı, ziyalısı idi.

Onun həyat yolu 1942-ci ildən başlamışdır. İlk təhsilini Asəf Zeynallı adına musiqi məktəbində almış 1966-cı ildə buranı bitirmişdi. O, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir.

1958-ci ildən əmək fəaliyyətinə fəhlə kimi başlayan Quliyev Tofiq Əşrəf oğlu müxtəlif vəzifələrdə çalışmış, 1970-ci ildə Lenin adına Toxuculuq Kombinatının Mədəniyyət klubuna müdiri təyin edilmişdir. Çalışdığı bütün sahələrdə, kollektivin sevgisini, rəhbərliyin isə ən yüksək etimadını qazanmağa nail olan Tofiq Quliyev 1973-cü ildən 2002-ci ilin noyabr ayına kimi Respublika Müəllimlər evinin direktoru işləmişdir.

1977-ci ildən 2000-ci il tarixinə kimi Azərbaycan Respublikasının Ali Məhkəməsinin Xalq İcraçılar Şurasının sədri vəzifəsində çalışmışdır.

T.Quliyev 2002-ci ildə Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Hİ Respublika Komitəsinin sədri seçilmişdir. Sahə Komitəsinin V Konfransında (noyabr 2007-ci il) yenidən həmin vəzifəyə seçilmişdir. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olmuşdur.

Əmək fəaliyyəti ərzində «Həmkarlar İttifaqlarının mədəni-maarif müəssisələrində əla fəaliyyətinə görə», «Kəndə mədəni hamilik əlaçısı», «Silahlı qüvvələrə mədəni hamilik əlaçısı» döş nişanları ilə, «Xalqlar dostluğu» ordeni, «Əməkdar mədəniyyət işçisi» fəxri adı və «Azərbaycan Həmkarlar İttifaqlarının 100 illik yubiley» medalı ilə təltif edilmişdir.

Göründüyü kimi Tofiq Quliyev məhz belə uzun, keşməkeşli, yorucu, amma bir o qədər mübarizələrlə dolu həyat yolunu alnıaçıq, başıdik keçən şəxsiyyətlərdən biri olmuşdur.

Hərçəndbu dünyada hamımıza bəlli olan yeganə həqiqət məhz ölümün mövcudluğudur. Ölüm həm də bir başlanğıc, həm də bir əfsanənin davamıdır.

Geridə isə insanlara “Həyat Davam Edir” deməkdən başqa bir seçənək qalmır. Məşhur ədib Robert Frostun dili ilə desək “Həyatda öyrəndiyim hər şeyi 3 kəlimə ilə ifadə edə bilərəm: Həyat Davam Edir”.

Azərbaycan Sahibkarlıq və Elm, Elmi-İstehsalat Müəssisələri İşçiləri Müstəqil Hİ Respublika Komitəsi mərhumun vəfatı ilə bağlı Allahdan rəhmətdiləyir,yaxınlarınadərin hüznləbaşsağlığıverir.

Allah rəhmət eləsin!

Xəbər 2273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR