Tale Bağırzadə saxlanıldı -Nardarandakı insidentlə bağlı

Tale Bağırzadə saxlanıldı  -Nardarandakı  insidentlə bağlı

Bu gün günorta saatlarında Sabunçu rayonu Nardaran qəsəbəsində özünü “Müsəlman birliyi hərəkatı” adlandıran təşkilatın rəhbəri Tale Bağırzadə və ətrafındakı şəxslərlə polis arasında qarşıdurma olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə nəticəsində yaralananlar var. T.Bağırzadənin saxlanıldığı bildirilir.

T.Bağırzadənin vəkili Cavad Cavadov Trend-ə bildirib ki, müvəkkilinin saxlanıldığı barədə məlumatı olsa da, hansı polis idarəsinə aparılması barədə hələ məlumatı yoxdur.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, baş vermiş insidentlə bağlı polis və prokurorluq orqanları tərəfindən müvafiq araşdırmalar aparılır, nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Trend-in əldə etdiyi son məlumata görə, insident nəticəsində ölənlərin sayı 4 nəfərdən artıqdır.

Xəbər 867 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR