Tacir Şahmalıoğlu kömək istədi: “Qardaşımı tapın”

Tacir Şahmalıoğlu kömək istədi:   “Qardaşımı tapın”

Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışıları bir azdan davam etdiriləcək.

Aktual.az xəbər verir ki, bu barədə aznews.az-a müğənninin özü məlumat verib. 

Onun sözlərinə görə, axtarışlar dünən axşam saatlarına kimi davam edib. Lakin qaranlıq düşdüyündən xilasedicilər axtarışı dayandırıb: “Hazırda hadisə yerindəyik, xilasediciləri gözləyirik. Allahdan tək istəyim qardaşımın meyitinin tapılmasıdır”.

T.Şahmalıoğlu bu işdə təcrübəsi olan hər kəsdən kömək istəyib: “Bizə kömək edin, qardaşımın meyitini sulardan alaq”. 

Qeyd edək ki, müğəninin 36 yaşlı qardaşı Mahir Allahverdiyev iyulun 31-də Novxanı çimərliyində batıb. Xilasedicilərin axtarışlarına baxmayaraq onu tapmaq hələlik mümkün olmayıb.

 
Xəbər 1198 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR