Sürücülük vəsiqəsi olmayan yeniyetmə qəza törədib, ölən var

Sürücülük vəsiqəsi olmayan yeniyetmə qəza törədib, ölən var

Dekabrın 21-də saat 19 radələrində Xətai rayonu Nobel prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ləman Süleymanlı vurulub. 

"Report"un xəbərinə görə, yaralı yerləşdirildiyi xəstəxanada ölüb. 
Bakı şəhər Baş Polis İdarəısinin Təhlükəsiz Şəhər Xidməti və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədənin "Nissan” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Qurbanəli Qurbanov olması müəyyən edilib və o, saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Q.Qurbanovun 16 yaşı var və onun sürücülük vəsiqəsi yoxdur. 
Faktla bağlı araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR