Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb

Sumqayıtda 38 yaşlı kişi narkotik maddənin təsirindən ölüb

 Sumqayıt şəhərində 38 yaşlı kişi narkotik maddəinin təsirindən ölüb.


"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, şəhərin 13-cü mikrorayonunda "qarajlar" deyilən ərazidə orta yaşlı kişinin meyiti aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindəın baxış keçirilib. 

Meyit muayinə olunması üçün Səhiyyə Nazirliynin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Məlum olub ki, şəhər sakini, 1981-ci il təvəllüdlü Hüseynov Aslan Qəzənfər oğlu narkotik maddənin təsirindən ölüb. 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR