Son iki gündə 44 avara və dilənçi saxlanıldı

Son iki gündə 44 avara və dilənçi saxlanıldı

Son iki gündə avaralıq və dilənçiliklə məşğul olan 44 nəfər saxlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 7-də Binəqədi rayonu ərazisində dilənçiliklə məşğul olan 33 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Noyabrın 8-də isə Nəsimi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olan 11 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılanlar barəsində müvafiq tədbir görülüb.

Xəbər 424 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR