Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

Son altı ayda təbii və texnogen mənşəli hadisələrdə 28 nəfər ölüb

2026-cı ilin I yarımilliyi ərzində respublika ərazisində ümumilikdə 7334 təbii və texnogen mənşəli hadisə baş verib.

Aktual.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, bu, 2025-ci ilin I yarımilliyi ilə müqayisədə 1864 hadisə və ya 20% azdır.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 28 nəfər ölüb, 133 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 19 nəfər xilas edilib, 983 nəfər təxliyə olunub.
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR