"Gürcüstanın Azərbaycan və Ermənistanla çox sıx münasibətləri var”.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
O, Gürcüstanın qonşu ölkələrlə əlaqələrin möhkəmləndirilməsinə maksimum dərəcədə diqqət yetirdiyini bildirib.
"Təkcə son bir neçə ayda Mərkəzi Asiya ölkələrinə üç dövlət səfərim olub, Mərkəzi Asiya ölkələrinin iki dövlət başçısı Gürcüstana səfər edib. Siyasi-iqtisadi əlaqələrin genişləndirilməsi bizim üçün əsas prioritetdir”, - Kobaxidze əlavə edib.
Baş nazir vurğulayıb ki, Gürcüstanın xarici siyasəti ölkənin strateji coğrafi mövqeyinin maksimum istifadəsinə yönəlib.
"Gürcüstanın bir çox ölkələrlə azad ticarət haqqında sazişləri var. Biz bundan böyük faydalar əldə edirik. Orta Dəhlizdə də yük dövriyyəsi artır. 2020-ci ildən bəri marşrut üzrə yük dövriyyəsi təqribən yeddi dəfə artıb”, - deyə Kobaxidze qeyd edib.
Xəbər 40 dəfə oxunub.