Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2026-cı ilin ilk 8 ayında artıb.
Aktual.az AMB-yə istinadən xəbər verir ki, avqustun 31-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 15,3 milyard ABŞ dolları təşkil edib.
Ötən ilin sonunda bu göstərici 11,5 milyard dollar olub. Beləliklə, ilin əvvəlindən valyuta ehtiyatları 3,8 milyard dollar və ya 32,9% artıb.
2025-ci ilin avqustunun sonunda isə AMB-nin rəsmi valyuta ehtiyatları 11,2 milyard dollar təşkil edib. İllik müqayisədə ehtiyatlar 4,1 milyard dollar və ya 36% artıb.
Qeyd edək ki, iyulun sonunda Mərkəzi Bankın valyuta ehtiyatları 13,8 milyard dollar olub. Beləliklə, təkcə avqust ayında ehtiyatlar təxminən 1,5 milyard dollar və ya 11,1% artıb.
Xəbər 33 dəfə oxunub.