Ermənistan hakimiyyəti Xankəndidən İrəvana qaçan və hələ də separatizm fəaliyyətini davam etdirən keçmiş qondarma rejimin "vəzifəli” şəxslərinin həbsinə hazırlaşır.
Aktual.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "İravunk” nəşri məlumat yayıb.
Bildirilib ki, Qarabağdakı keçmiş qondarma rejimin saxta "generalları” həbs olunacaq.
"Mənbələr danışır ki, Qarabağdan gələn ermənilər generalların hər kəsi şoka salacaq mülklərə və var-dövlətə malik olduğunu deyirlər. Hakimiyyət bu generalları həbs etməyə və var-dövlətini müsadirə etməyə hazırlaşır. Hədəfdə olanlar təşviş içindədir”, - nəşr yazıb.
Xəbər 40 dəfə oxunub.