Kim Kardaşyan ona görə Bakıya gələ bilər

Kim Kardaşyan ona görə Bakıya gələ bilər

Erməni əsilli amerikalı şou ulduzu Kim Kardaşyanın yeddiqat dünya çempionu, "Formula 1” pilotu Luis Hemiltonu dəstəkləmək üçün Bakıda keçiriləcək Qran-Pridə iştirak edə biləcəyi iddia olunur.

Aktual.az Globalinfo.az-a istinadla xəbər verir ki, bir neçə məşhur şou platforması Kardaşyanın Hemiltonla münasibətlərinin ciddiləşdiyini yazıb.

"Radar Online” bildirir ki, Kardaşyanla F1 pilotu münasibətlərini gizlətmirlər. Şou ulduzunun Monako Qran-Prisi və İtaliya Qran-Pirisinə sevgilisini dəstəkləmək üçün getməsi maraqla qarşılanıb. Hətta Hemiltonun İtaliyanın Monza şəhərində keçirilən yarışa anasını Kardaşyanla tanış etmək üçün gətirdiyi bildirilir.

Xüsusilə Monza yarışından sonra Kardaşyanın Hemiltonu dəstəkləmək üçün Azərbaycan Qran-Prisinə qatılmaq istədiyinə dair insayder məlumatları yayılıb, lakin hələ ki bu iddia səviyyəsindədir.

O da qeyd edilir ki, Kardaşyanın sevgilisini dəstəkləmək üçün bu səfər barədə düşündüyü deyilsə də, onun Azərbaycana qarşı mövqeyi və 44 günlük müharibə dövründəki paylaşımları, o cümlədən erməni lobbisi ilə yaxın əlaqələri bu səfərin baş tutması ehtimalını azaldır.
Xəbər 30 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR