Türkiyə və Ermənistandan birgə bəyanat

Türkiyə və Ermənistandan birgə bəyanat
  • DÜNYA

Ermənistan və Türkiyə arasında ticarət etimad yaratmaq üçün güclü bir vasitə ola bilər.

Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Sənayeçiləri və Sahibkarları İttifaqı ilə Türkiyənin Van Ticarət və Sənaye Palatasının birgə bəyanatında deyilib.

"3-4 sentyabr tarixlərində biznes nümayəndələrinin ikitərəfli görüşləri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, eləcə də onlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli bir addımdır. İrəvanda keçirilən görüşdə hər iki ölkənin sahibkarları qarşılıqlı ticarət və investisiya imkanlarını müzakirə ediblər. Tərəflərin fikrincə, prosesə dayanıqlılıq və davamlılıq qazandırmaq üçün ən mühüm tədbirlərdən biri sərhəd-keçid məntəqələrinin açılması və müntəzəm ticarət marşrutlarının yaradılmasıdır”, - məlumatda deyilib.
Xəbər 25 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR