SOCAR şefi də İranla münasibətdən danışdı

SOCAR şefi də İranla münasibətdən danışdı

İranla qonşuluq, dostluq prinsipləri üzərində qurduğumuz münasibətlər artan templə inkişaf edir.

Aktual.az xəbər verir ki, bu sözləri SOCAR şefi Rövnəq Abdullayev ANS-ə müsahibəsində deyib. Abdullayevin sözlərinə görə, rəsmi Bakı İranın enerji layihələrində iştirak etmək istəyir:

“İranla qonşuluq, dostluq münasibətləri yüksək səviyyədə inkişaf edir. İranın enerji layihələrində aktiv şəkildə iştirak edəcəyik. Hazırda Naxçıvana verilən qaz məsələsini müzakirə edirik. Bundan başqa Azərbaycandakı qaz anbarlarının birgə istifadəsi də müzakirə etdiyimiz məsələlər arasındadır”.

Xatırladaq ki, bəzi mütəxəssislər İranın Qərblə imzaladığı nüvə razılığından sonra regionda əsas enerji daşıyıcısına çevriləcəyini proqnozlaşdırır.

Xəbər 769 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR