HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tədbirdən əvvəl Vətən müharibəsi şəhidləri İman və Bəhram Məmmədzadə qardaşlarının ailəsini ziyarət ediblər. Gömrük əməkdaşları şəhidlərin xatirəsinə ucaldılmış memorial abidənin önünə əklil və gül dəstələri düzərək onların əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
 
Aktual.az xəbər verir ki, daha sonra şəhid qardaşların atası Elman ata Anım günü ilə əlaqədar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində təşkil olunan rəsmi tədbirə fəxri qonaq kimi dəvət olunub.
 
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
 
Tədbiri giriş sözü ilə açan idarə rəhbərliyi 44 günlük Vətən müharibəsinin tarixindən, xalqımızın və ordumuzun göstərdiyi misilsiz şücaətdən danışıb. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə edilib və onların xatirəsi hər zaman uca tutulacaq.
 
Daha sonra Vətən müharibəsinə aid videoçarx izlənilib, şəhid qardaşlar İman və Bəhram Məmmədzadələrə həsr olunmuş reportajlar nümayiş etdirilib.
 
Tədbirdə çıxış edən Elman ata göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib, Vətən sevgisinin hər şeydən uca olduğunu vurğulayıb. Çıxışlar zamanı Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin həyat yoldaşı, idarənin əməkdaşı Vüsalə xanım Əliyeva və vətən müharibə iştirakçısı Famil Məlikov da döyüş xatirələrini bölüşərək qürur dolu təəssüratlarını ifadə ediblər.





Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR