Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Mərkəzi Bank inflyasiya proqnozunu dəyişməz saxlayıb

Azərbaycan Mərkəzi Bankı ortamüddətli dövr üzrə inflyasiya gözləntilərini açıqlayıb.

Aktual.az xəbər verir ki, AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı qərarında qeyd olunub ki, illik inflyasiya hədəf diapazonu daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir.

Mərkəzi Bankın məlumatına görə, 2026-cı ilin avqustunda 12 aylıq inflyasiya 5,7% təşkil edib. Bu göstərici iyulla müqayisədə 0,1 faiz bəndi aşağıdır.

Avqustda illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,2%, ödənişli xidmətlər üzrə 5%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub.

AMB qeyd edib ki, illik baza inflyasiya 5,1% təşkil edib.

Mərkəzi Bank ortamüddətli dövrdə illik inflyasiyanın hədəf diapazonu daxilində qalacağı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

Bununla yanaşı, AMB qlobal geosiyasi qeyri-müəyyənlik, enerji və ərzaq qiymətlərinin artması, eləcə də xarici qiymət artımlarının daxili bazara ötürülməsi risklərinin qalmaqda davam etdiyini bildirib.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR