ABŞ Prezidenti Donald Trampın əsas işlər üzrə vəkili Alina Habba və türk iş adamı Turhan Mildonun evlənməyə hazırlaşdıqları iddia edilir.
Bu barədə Aktual.az Oxu.az-a istinadən məlumat verir.
Təxminən bir ildir birlikdə olan cütlüyün - Trampın keçmiş şəxsi vəkili və müşaviri, 42 yaşlı Alina Habba və "Miller Holding" şirkətinin baş direktoru və türk iş adamı, 29 yaşlı Turhan Mildonun gələn ay İstanbulda nikah masasına əyləşəcəyi bildirilir.
İddiaya görə, Alina Habba bu ayın əvvəlində Turhan Mildonun evlilik təklifini qəbul edib. Cütlük ABŞ-də xidmət etmiş keçmiş səfirin də olduğu ortaq dostlar qrupu vasitəsilə tanış olub. Mildon münasibətlərinin heç bir siyasi tərəfi olmadığını və tamamilə şəxsi xarakter daşıdığını vurğulayıb.
Nyu-Cersi ştatında anadan olan Alina Habba 2021-2024-cü illərdə Trampı əsas işlərdə vəkil kimi təmsil etməsi ilə tanınıb. Trampın ikinci prezidentlik müddətində Ağ Evdə prezident müşaviri vəzifəsində çalışan Habba son olaraq Nyu-Cersi Müvəqqəti Federal Prokurorluğunda vəzifəsini icra edib. Həmçinin Ağ Evin mətbuat katibi vəzifəsində də adı hallanan 42 yaşlı Habba daha əvvəl iki dəfə evli olub və iki uşaq anasıdır.
Turhan Mildon isə iş dünyasındakı uğurları ilə tanınır. Daha əvvəl evli olub və 2025-ci ilin yanvar ayında boşanıb.
Xəbər 57 dəfə oxunub.