Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Azərbaycanda pul baratları üzrə müsbət saldo 750 mln. dolları ötüb

Azərbaycana daxil olan və ölkədən çıxan pul baratları arasında müsbət fərq artıb.

Aktual.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri ilə bağlı açıqlamasına əsasən, 2026-cı ilin yanvar-avqust aylarında pul baratları üzrə saldo 751 mln ABŞ dolları təşkil edib.

Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,1% artıb.

Mərkəzi Bank qeyd edib ki, xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Eyni zamanda, cari ildə qlobal enerji qiymətlərinin yüksəlməsi və qeyri-neft-qaz əmtəə və xidmətlər ixracı üzrə müsbət meyillərin davam etməsi fonunda 2026-cı ilin sonuna cari əməliyyatlar hesabının profisiti üzrə proqnozun artım istiqamətində dəyişməsi ehtimal olunur.
Xəbər 41 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR